22 May 2020 10:07
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

REACT-C19 layihəsi çərçivəsində ölkəyə dəvət olunan 19 həkim xaricdə dövlət hesabına təhsil alıb.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında belə deyib:

"Bu təşəbbüs bizim ölkə başçımızın tapşırığı ilə həyata keçirilir. Əminəm ki, ölkəmizdə aparılan bu tədbirlər bir çox dünya ölkələri üçün nümunə olacaq"

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, Azərbaycan bu layihəni tətbiq edən ilk ölkədir:
"Layihənin monitorinqi, tədqiqatları ilə bağlı yazacağımız hesabatlarda bütün məqamları qeyd edəcəyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər