22 May 2020 18:35
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin ölkə ərazisində hərəkətinə icazə verilib.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçən, xüsusi fəaliyyət sahələrində işləyənlər ölkə ərazisində sərbəst hərəkət edə bilərlər: "Eyni zamanda, yalnız yaxın qohumun dəfn mərasiminə gedənlərə bu icazə verilir".

İbrahim Məmmədov deyib ki, növbəti yumşalma mərhələsində molların, əyləncə mərkəzlərinin fəaliyyəti müzakirə olunacaq: "İdman tədbirlərinin bərpası da bu mərhələdə planlaşdırılır".

O qeyd edib ki, hazırda ehtiyyatda 6 milyon maska var: "Gündəlik 250 000 maska istehsal olunur. 10 milyona yaxın maska ehtiyatımız olacaq. Eyni zamanda, qoruyucu vasitələrlə ölkəmiz təmin edilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər