24 May 2020 10:29
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Signify" şirkətinin təşəbbüsü ilə cənab prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib. "Signify" 74 ölkədə fəaliyyət göstərən, 140 ölkəyə işıqlandırma sistemləri, avadanlıqları və xidmətləri ixrac edən şirkətdir. Dövlət başçımız Davos İqtisadi Forumuna səfərləri zamanı dünyanın aparıcı texnoloji şirkətlərinin rəhbərləri ilə görüşlər keçirir və çalışır ki, Azərbaycan müasir texnologiyalar və innovasiyaların tətbiqi baxımından öndə gedən ölkə olsun.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkə başçısının ötən həftə "CISCO" şirkətinin rəhbərliyi ilə videokonfransı zamanı da eyni məsələlər müzakirə olunmuşdu:

"Burada məqsəd yüksək texnologiyaların tətbiq olunduğu ölkə yaratmaqdır. "Ağıllı şəhər" layihəsində "Signify" şirkətinin işıqlandırma sistemlərindən istifadə etməklə daha çox qənaətə nail olmaq mümkündür. Bu texnologiyaları tətbiq etməklə biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa qənaət edəcəyik və şəhərin infrastrukturunu daha da yaxşılaşdıracağıq. Bakı, Sumqayıt və regionlarda yerləşən yaşayış məntəqələrinə müasir işıqlandırma sistemi qurulur. Sentyabrın sonunadək Bakıda minlərlə yeni küçə işığının quraşdırılmasını ehtiva edəcək birinci mərhələnin icra olunaması planlaşdırılır".

Azər Badamovun fikrincə, bu şirkətlə əməkdaşlıq çərçivəsində müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq:

"Ona görə də dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq etməklə gənc mütəxəssis potensialımızdan istifadə edərək, yeni intellekt məhsulları istehsal edirik. Hazırda bu məhsulları "Made in Azerbaijan" brendi altında ixrac etmək mərhələsindəyik. Postpandemiya dövründə hansı ölkələr daha çox yeni texnologiyalara önəm verərsə, o ölkələr inkişafda bir addım öndə olacaqlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər