29 May 2020 12:45
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən 5-dək Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.

1. DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;

2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən

həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;

3.DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə.


Müəllif: Teleqraf.com