29 May 2020 18:23
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə ərzində 848 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Ondan öncəki həftə 755, daha əvvəl isə 587 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Məhdudiyyət aradan qalxdıqdan sonra yoluxma hallarında artım dinamikası müşahidə olunur".

Ramin Bayramlı bildirib ki, aprel ayının əvvəlində yoluxmalarda azalma müşahidə olunsa da, mayda karantin rejiminin yumuşaldılması zamanı yoluxmada artım başlayıb:

"Dünya statistikası da göstərir ki, bu, məhdudiyyətlərin yumşalması nəticəsində insanların təmasda olması ilə baş verir. Bu, beynəlxalq statistikaya uyğundur. Biz pandemiyanın ölkə ərazisində yayılmasını məhdudlaşdırdıq. Lakin vətəndaşların qaydalara əməl etməməsi ilə artım müşahidə edirik.

Biz infeksiyaya qalib gəlmək istəyiriksə, ya sərt karantin rejimi tətbiq etməliyik, ya da qaydalara riayət etməliyik".


Müəllif: Aysel Azad