İmtahana telefonla gələn abituriyentlərin nəticələri ləğv olunacaq və onlar imtahana buraxılmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb.
Qurum sədri bildirib ki, nə koronavirus pandemiyası, nə də digər məsələlərə görə heç kəsə güzəşt edilməyəcək.
DİM sədri qeyd edib ki, buraxılış imtahanları sentyabr ayında da təşkil ediləcək: “Bu imtahana üzrlü səbəblərdən daha əvvəl iştirak etməyənlər qatılacaq”.