3 Oktyabr 2014 17:52
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Təzəpir məscidində Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.

Qafqaz Müsəlmanları İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib ki, Təzəpir məscidində bayram namazı oktyabrın 5-də səhər saat 09:00-da qılınacaq.

QMİ rəsmisi həmçinin bildirib ki, Azərbaycanda oktyabrın 4-ü və 5-i Qurban Bayramı günü kimi qeyd olunacaq və ölkəmizin bütün məscidlərində bayram namazı qılınacaq.

BƏXTİYAR


Müəllif: