Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldıması üçün müraciət edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
"Küçəyə çıxma qadağasında ərzaq, supermarketlər daxil, bütün sahələrin tam qapadılması (həftə sonu, 48 saatlıq - red.) nəzərə tutulur. Buna görə insanlardan ərzaq ehtiyatı görmələrini xahiş edirik. Təşvişə düşməyə ehtiyac yoxdur, bu qadağalar həftə sonları tətbiq olunacaq", - o bildirib.
R.Bayramlının sözlərinə görə, bu günlərdə həyatı vacib sahələrin çalışması nəzərdə tutulur:
"Bununla bağlı məlumat veriləcək. Eyni zamanda, SMS-icazə sistemi bərpa oluna bilər. Lakin bu SMS-icazə əvvəlki kimi olmayacaq. Yalnız xüsusi sağlamlıq vəziyyətində və tibb müəssisələrinə çıxmaq üçün icazə veriləcək.
Eyni zamanda, ictimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Zəruri sahələrdə çalışanlar üçün müəyyən istisnalar ola bilər".