Şənbə gününə planlaşdırılan dializ müayinələri aparılacaq.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Bazar günü bu müalicələr aparılmır. Lakin istisna halları nəzərə alaraq bazar günü dializ xəstələrinin müalicəsi üçün bəzi məqamlar nəzərə alınacaq" .
O bildirib ki, qısa müddətli qapanma günlərində təcili yardıma müraciətlərin sayı artıb: "Təəssüf ki, bəzi hallarda bu fürsətdən sui-istifadə edənlər oldu. Xahiş edirik ki, belə hallar təkrarlanmasın.
Eyni zamanda, zəruri dərmanları ala bilməyən şəxslər 102 xidmətinə zəng edə bilərlər".