Koronavirusla mübarizə fondu xalqımızın virusla mübarizədə göstərdiyi həmrəyliyin nümunəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Bu günə qədər fonda 113 milyon manatdan artıq vəsait toplanıb. Lakin hələ ki, fonda toplanan vəsaitin xərclənməyib və hələ ki, buna ehtiyac yoxdur. Əgər buna ehtiyac yaranarsa, ictimai şura bu barədə məlumat verəcək"