10 İyun 2020 14:50
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qanunlarının aliliyi və insan hüquqlarının obyektiv müdafiə olunmasına tərəfdarıq. Heç kimin mövqeyini, əməlini bu və ya digər formada müdafiə etmirik.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

O bildirib ki, qanun çərçivəsində vətəndaş və ya polis kobudluq edibsə, həmin şəxs cəzasını çəkməlidir:

"Hamı qanun qarşısında bərabər olmalıdır. Ədalət buradadır. Əgər biz belə prinsipləri qəbul edib, qanun qarşısında hamının bərabər olduğunu cəmiyyətə təlqin etməsək, onda belə hadisələrlə çox rastlaşacağıq. Kimin haqlı, kimin haqsız olduğunu ədalət mühakiməsi, yəni məhkəmə, tədqiqat müəyyən etməlidir. Araşdırma aparılmalıdır, ictimaiyyətin rəyi emosional, qərəzli ola bilər. Əgər söhbət həqiqətdən gerçəklikdən gedirsə, polis də daxil olmaqla kiminsə hüququnu, haqqını tapdalamağa heç kimə səlahiyyət verilməyib.

Hər kəs vəzifəsini qanunlar çərçivəsində icra etməlidir. Əgər o vəzifəsini icra edən vaxtı, kiminsə hüququnu tapdalayıbsa, deməli, o haqsızdır. Qanunların pozulmasında bu ciddi məsələdir".

Rauf Zeyhi hesab edir ki, polis Azərbaycanın sabitliyi, ərazi bütövlüyü uğrunda, ölkəmizdə koronavirusun yayılmasına qarşı çox böyük xidmətlər göstərilib: "Bunu bütün cəmiyyət müsbət qəbul edir. Ancaq bu, kiməsə əlavə səlahiyyət, imkan vermir ki, hansısa vətəndaşın hüququ tapdalansın. Polis bu gün xidmətindən əlavə humanizm nümunələri göstərir. Bu gün polisin fəaliyyətinə kölgə salamağa heç kimin haqqı yoxdur. Ona görə də heç kimə belə bir haqq verilməyib ki, görülən işlərə kölgə salmağa çalışsınlar. Bunlar hamısı düzgün, obyektiv araşdırılmalıdır. Qanunlarımızın aliliyi çərçivəsində bu məsələlərə qiymət verilməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər