Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 136 mindən çox artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 12-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 136 572 nəfər yeni koronavirusa yoluxub, 4 925 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 410 510, ölənlərin isə 418 294 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 560 591 yoluxma və 192 944 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 358 953, ölənlərin sayı isə 186 889 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 716 151 yoluxma və 15 947 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.