20 İyun 2020 11:13
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, qısa müddətli qapanma tətbiq olunan günlərdə məqsədimizə nail ola bilmədik.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Biz istəyirik ki, sosial aktivliyi, insanların bir yerə toplaşmasını azaldaq. Bu gün hər bir vətəndaş infeksiya mənbəyi ola bilər. Hər bir infeksiyadan tamamilə qorunmağın yolu peyvənddir.

Eyni zamanda xəstəliyin spesifik müalicəsi dünyanın heç bir yerində yoxdur. Yazılan dərman preparatları başqa xəstəliklərin istifadəsinin tövsiyəsidir. Heç bir dərmanın bu gün koronavirus xəstəsini müalicə etməsi barədə təsdiq yoxdur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər