20 İyun 2020 11:29
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Yevlax, Saatlı və Masallı rayonlarında sərt karantin rejimi tətbiq olunacaq və vətəndaşlar SMS icazə sistemi vasitəsilə hərəkət edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, elektron icazə portalı fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşları üçün nəzərdə tutulub:

"Bu qurumlar əməkdaşlarını qeydiyyatdan keçirərək, onların işə gedib-gəlməsini təmin edəcəklər. SMS icazə sistemi isə digər vətəndaşlar üçün nəzərdə tutulub. Vətəndaşlardan bir daha xahiş edirik ki, zərurət olmadığı müddətdə yaşayış yerlərini tərk etməsinlər. Onlar SMS icazə üçün 8103 nömrəsinə şəxsiyyət vəsiqələrinin və icazə rəqəmini göndərə bilərlər. Yalnız ərzaq və zəruri ehtiyacların tədarükü, eyni zamanda açıq havada gəzmək üçün 2 yazıb 2 saatlıq icazədən istifadə oluna bilər".

O əlavə edib ki, təcili yardım, tibbi icazələrlə bağlı vətəndaşlar 1 rəqəmi ilə icazə ala bilərlər: "Əgər xəstəxanada iş müddəti uzanırsa, bu zaman tibbi arayış təqdim etməlidirlər".

Ülvi Mehdiyev qeyd edib ki, hər kəs icazədən gün ərzində bir dəfə istifadə edə bilər: "Xidmət müddəti uzanırsa, həmin şirkətin verdiyi arayışla vətəndaş evinə qayıda bilər. Bu vətəndaşlara evinə gec qayıtmaq bəhanəsi verməməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər