26 İyun 2020 09:29
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Teleqraf.com-a ASC-dən bildirilib.

“Azərişıq” istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı müraciətlərini ASC-nin rəsmi “Facebook” və “Instagram” səhifələrinə, “WhatsApp” nömrəsinə və 24 saat fasiləsiz xidmət göstərən “199” Çağrı mərkəzinə yönləndirsinlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər