30 İyun 2020 19:13
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün aparılan testlər PSR testlərdir və kütləvi deyil.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Biz simptomu olan hər kəsi testdən keçiririk. Paralel olaraq ölkəmizə gətirilən vətəndaşların testləri aparılıb. Dünya ölkələrində profilaktik olaraq PSR testlərinin aparılması tövsiyə olunur. İmkansız vətəndaşların testi pulsuz həyata keçiriləcək".

O əlavə edib ki, qarşıdakı günlərdə laboratoriya imkanlarının artırılması üçün ölkəmizə avadanlıqlar gətiriləcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər