Səhiyyə Nazirliyi tərəfindən Bakı və Bakı ətrafı qəsəbələrə metodiki dəstək göstərilir.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib:
"Burada bir çaşqınlıq olmamalıdır. Prezidentin 2018-ci ilin 28 dekabr tarixli fərmanını heç kim ləğv etməyib. Müəssisələr İcbari Tibbi Sığortanın tabeliyindədir. Onların fəaliyyəti ilə bağlı dəstək, kömək, tövsiyələrlə bağlı burada biz Səhiyyə Nazirliyi olaraq hələ ki, Bakı və Bakı ətrafı kəndlərdə İcbari Tibbi Sığortanın strukturu olan TƏBİB-lə əvvələr də əməkdaşlıq etmişik. Hazırda bu sahə üzrə xüsusi əməkdaşlıq edirik. Bu istiqamətdə koronaviruslu xəstələr və ya virusa yoluxduğu ehtimal edilən şəxslərə Səhiyyə Nazirliyi tərəfindən ambulator xidmət göstərilir".