2 İyul 2020 13:39
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Bəhram Bağırzadənin vəziyyəti ağır kimi qiymətləndirilir, lakin son günlərdə davamlı müsbət dinamika qeyd edilir. Bildiyiniz kimi iki gün əvvəl EKMO aparatından ayrılıb. Yalnız ağ ciyərləri süni nəfəs aparatına qoşuludur.
Qeyd etdiyim kimi Bəhram Bağırzadənin ümumi vəziyyətində müsbət dinamika hiss edilir, istər laborator göstəricilərində, istər də ağ ciyər toxumasının vəziyyətində. Müalicə prosesi davam etdirilir və ümid edək ki, qısa müddətdə sevindirici xəbər verəcəyik".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər