Bu gün 584 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Hazırkı dövrə qədər 19 267 yoluxma faktı qeydə alınıb. Dünyasını dəyişənlərin sayı 235 nəfərə çatıb. Bugünə kimi 10 820 nəfər sağalacaq evə buraxılıb.
Bu gün 7 137 test aparılıb və ümumi test sayı 502 965-ə çatıb.
Hazırda 8212 nəfər aktiv xəstə xüsusi xəstəxanalarda müalicə alır, onlardan 267 nəfər reanimasiyada, 59 nəfər süni nəfəs aparatına qoşulub".