3 İyul 2020 17:57
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməsinə nəzarət vacib məsələdir. Biz epidemiologiya strukturu tərəfindən birgə çalışıb, yoluxmuş şəxslərlə təmasda olanları müəyyən edirik.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Evdə müalicə olunan şəxslərə xüsusi iltizamnamə imzaladılır. Bu şəxslər evi tərk etdiyi halda inzibati məsuliyyətə cəlb olunur".

O bildirib ki, yoluxma sürətinə təsir edən əsas amil virus aşkar olunmayan xəstələrdir: "Evdə müalicə olunan şəxslərə mütəmadi olaraq suallar ünvanlanır və onlar nəzarətdədirlər. Bununla yanaşı evdə müalicə alanların evi tərk etməməsinə müvafiq güc strukturları nəzarət edir".

Şahmar Mövsümov əlavə edib ki, evdə müalicə olunan şəxslərə özlərini təcrid etmək öhdəlikləri olduğu və əks halda cinayət məsuliyyətinə cəlb olunacaqları barədə məlumat verilir: "Artıq bir neçə hal müəyyən edilib və bu öhdəliyi yerinə yetirməyənlər cinayət məsuliyyətinə cəlb olunublar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər