Biz maska taxmışıqsa, qarşımızdakını qoruyuruq.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Qarşı tərəfdən də maska taxmağı tələb etməliyik. Eyni zamanda, insanlar qorunmada əl gigiyenasını unudurlar. Bu virus insandan insana yoluxur, maska taxmaq kifayət deyil. Maska, sosial məsafə və gigiyena qaydalarına mütləq riayət olunmalıdır"