Bütün bəşəriyyəti lərzəyə salan epidemiyaya qarşı ölkələrin hazırlıqsız olması, xəstəliyin daha da geniş miqyasda yayılmasına səbəb oldu. Çünki belə bir halın baş verəcəyi barədə müfəssəl bir planı yox idi. Eyni zamanda bütün dünya dövlətləri də baş verən bu bəlaya qarşı ümumi bir həmrəylik nümayiş etdirə bilmədi. Hər bir ölkə özünə qapanmaqla, ayrı-ayrılıqda bu virusa qarşı mübarizəyə başladı.
Bu fikirləri Teleqraf.com-a açıqlamsında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov bildirib.
Deputat qeyd edib ki, ölkəmizdə də bu bəlanın yayıldığı ilk gündən Prezidentin uzaqgörən siyasəti sayəsində ciddi preventiv tədbrilər həyata keçirildi:
“Cənab Prezident İlham Əliyev də vurğuladığı kimi, bizim üçün ən əsas prioritet insanların sağlamlığıdır. Bu istiamətdə atılan addımların da ardıcıllığı bunu bir daha təsdqiləmiş oldu. İnsanların sağlamlığının təminatı ilə yanaşı sosial qayğılarının da qarşılanması dövlətin diqqətindən kənarda qalmadı. Dövlət büdcəsindən insanların sosial ehtiyaclarının təmin edilməsi məqsədilə ayrılan vəsaitlər insanların sağlamlığı ilə bərabər onların zəruri ehtiyaclarının da diqqətdə saxlanıldığını nümayiş etdirdi. Hər zaman olduğu kimi bu həssas məqamda da dövlət öz vətəndaşının yanında oldu. Cənab Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın vətəndaşlarımızın sağlamlığı üçün ardıcıl və düşünülmüş şəkildə gördüyü işlər cəmiyətimiz tərəfindən də yüksək qiymətləndirlir”.
İ.Məmmədov əlavə edib ki, bu məsələdə bütün yükü dövlət öz üzrəində götürdü: "Büdcədən 3,5 milyard manat vəsait ayrıldı.10 ədəd modul tipli xəstəxanın tikildi, süni tənəffüs aparatları alındı, tibbi maska istehsal edən fabrik işə düşdü, digər dezinfeksiyaedici məhluların istehsala başlanıldı və s".
Deputata görə, karantin rejimi yumşaldılan kimi, insanlar yenidən kütləvi halda küçəyə çıxdılar, qaydalara göz yumdular: "Burada əsas məsuliyyət insanların üzərində düşürdü. Amma vətəndaşlarımız sanki virusun bitdiyini zənn edərək müəyyənləşmiş qaydalardan kənara çıxdılar. Bu da nəticə etibarı ilə sonrakı dövr üçün yoluxma əmsalının artmasına səbəb oldu”.
Millət vəkili vurğulayıb ki, normativ hüquqi aktlara müəyyən dəyişikliklərin edilməsi, sərt karantin rejiminin tətbiqi insanları daha məsulliyyətli olmasına hesablanıb:
“Dünya səhiyyəsi, tibb elmi bu virusun yaranma səbəbi, mahiyyətini öyrənmək, qarşısını almaq üçün böyük araşdırmalar aparır. Amma hələlik yaxın zamanda ona qarşı təsirli bir vasitənin hazır olacağı görünmür. Sadəcə insanlar öz həyat şəraitlərində müəyyən dəyişikliklər etməklə sağlamlıqlarını qorumuş olacaqlar”.
İ.Məmmədov bildirib ki, ölkəmizdə artıq sağalma faizində artım müşahidə edilməkdədir. Bu da son günlər tətbiq edilən sərt karantin rejimi və insanların artıq öz məsuliyyətini artırması ilə bağlıdır.