İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub.
Teleraf.com xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev söyləyib.
O qeyd edib ki, nəticələrə görə nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur, codluğu 1.8, xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.
Rəis müavini vurğulayıb ki, “Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalar davam edir: "Son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub".