10 İyul 2020 17:42
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası başlayandan bu günə qədər media mənsubları ön cəbhədədir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Onlar daima hərəkətdə, insanlarla təmasdadırlar. ÜST tərəfindən verilən tövsiyələrdən ən vacibi kommunikasiya strategiyasıdır. Jurnalist həmkarlarımıza özlərini qorumalarını tövsiyə edirik. Brifinqlərin onlayn rejimdə keçirilməsi məsələsi müzakirə mövzusudur. Bu barədə əlavə qərar ola bilər".

Yaqut Qarayeva əlavə edib ki, test analizlərinin simptomları olanlar üzərində aparılması doğrudur: "Bu testlər burun və udlaqdan aparılır. Nəticələr hər gün dəyişə bilər. Buna görə də testlərin kütləvi aparılması tövsiyə olunmur. Çünki insanlarda yanlış rahatlığa gətirə bilər. İnsanlara maska, sosial məsafə və əl gigiyenasına riayət etçələrini tövsiyə edirik"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər