11 İyul 2020 15:12
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Arif Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Qasımov 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəl 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Arif Qasımov

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər