9 Oktyabr 2014 10:51
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin 4.1-ci yarımbəndinin tələblərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən dövlət qurumlarında müvafiq monitorinqlərin keçirilməsinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, monitorinqin keçirilməsində başlıca məqsəd dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində (İS) fərdi məlumatların toplanılması, "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasıdır.

Artıq MHM-in işçi qrupu tərəfindən Dövlət Sosial Müdafiə Fondunda, İqtisadiyyat və Sənaye Nazirliyində, Dövlət Miqrasiya Xidmətində və Ədliyyə Nazirliyində müvafiq informasiya sistemlərinin monitorinqləri keçirilib.

Digər dövlət qurumlarında analoji monitorinqlərin keçirilməsi tərtib edilmiş qrafikə uyğun planlaşdırılır.
Qeyd edək ki, monitorinqlərin əsas məqsədi həm də, informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər