İki gün əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Babayev Yaşar Vasif oğlunun bu gün qızı dünyaya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəhidimizin qızına Narin adı verilib.
Şəhid Babayev Yaşar Ağstafa rayonu, Köçəsgər kənd sakini olub. 8 il ailəli olan Yaşar Babayev övlad arzusunda olub, şəhid gizirə qızını görmək nəsib olmadı.