16 İyul 2020 23:25
3 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TV 8 kanalında yayımlanan "Survivor-2020" yarışmasının iştirakçıları Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində davam edən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrinə başsağlığı veriblər.

Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə "Survivor-2020" yarışmasının "Ünlülər" komandasının iştirakçısı olan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev məlumat verib.

Hazırda Türkiyədə olan Pərviz Abdullayev videonu sosial şəbəkədə paylaşıb.

Sözügedən videonu təqdim edirik:


Müəllif: Rəqsanə Həsənova