Müalicəsi başa çatmış COVİD-19 xəstəsinin təkrar virusa yoluxub-yolxumaması məsələsinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, ÜST-ün koronavirusla mübarizə heyətinin rəhbəri Mariya Van Kerkxove vaxtilə SARS-a yoluxmuş xəstələrdə 12 ay və ya daha çox müddət üçün anti-cisim yarandığını və onların immunitet qazandığını söyləyib.
Adi qripdə isə immunitet müddətinin daha az sürdüyünə diqqət çəkən ÜST nümayəndəsinin sözlərinə görə, koronavirusla bağlı bu istiqamətdə suala hələlik aydın cavab yoxdur: "Onu deyə bilərəm ki, bu məsələ hazırda dünyada fəal surətdə araşdırılır".