20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işdən çıxarılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Səadət Veysovanın müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri (hazırki nazir müavini) Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdi.