21 İyul 2020 22:36
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb", - E.Hüseynov bildirib.

Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb.


Müəllif: Teleqraf.com