Nigar Əyyub qızı Alimova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni rəis müavini təyin edilib. O, həmçinin Xidmətin rəisi vəzifəsini icra edir.
Bu təyinat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsini icra edən Mətin Eynullayevin əmri ilə baş tutub.
Nigar Alimova 2017-ci ildən indiyədək Vergilər Nazirliyinin aparatın rəhbəri vəzivəsində çalışıb. O, bundan əvvəl isə nazirliyin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentində şöbə müdiri olub.
Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.