10 Oktyabr 2014 01:16
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli şərqşünas-alim, ictimai xadim və elm təşkilatçısı, şərqşünaslıq sahəsində ölkəmizdə ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı macar dilinə tərcümə olunmuş və Harmattan nəşriyyatında nəfis şəkildə nəşr edilib.

Kitabı macar dilinə keçmiş diplomat Tamaş Varhagi çevirib. Əsərin redaktoru tanınmış macar alimi, professor Mihal Hoppaldır. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba ön söz yazıb. Burada professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, müasir ərəb ədəbiyyatının tədqiqi və tərcüməsi istiqamətində gördüyü işlərdən söz açılır.

Əsər görkəmli alimin anadan olmasının 75 illiyi münasibətilə çap edilib. Səfirlik yaxın günlərdə Budapeştin Eötvöş Lorand Universitetində əsərin təqdimatını keçirməyi planlaşdırır.


Müəllif:

Oxşar xəbərlər