27 İyul 2020 19:36
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində müvafiq tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılıb, yoxlanış zamanı bəzi sürücü və sərnişinlərin xüsusi karantin qaydalarını pozaraq istirahət məqsədilə rayona gəldiyi aşkar edilib.

Qaydaları pozduqları üçün 4 nəfər barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər