20 nömrəli məktəb-liseyin işdən çıxarılan direktoru Səadət Veysovanın yerinə təyinat olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 214 saylı tam orta məktəbin direktoru Esmira Ağayeva Azər qızı 20 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə gətirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetin məzunu olan 1965-ci il təvəllüdlü Esmira Ağayeva artıq sözügedən məktəbdə işə başlayıb.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri (hazırki nazir müavini) Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdi. Keçmiş direktorun adı bir sıra qalmaqallı məsələlərdə hallanırdı.