1 Avqust 2020 17:44
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 iyul 2020-ci il tarixində Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-dən Teleqraf.com-a məlumat verilib.

İyulun 30-da eyni ərazidə batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti bu gün saat 10:40-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Pərviz Vəliyev mərhum şair Şaiq Vəlinin oğludur.

Tanınmış şair, AYB üzvü Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib.

6 fevral 2013-cü ildə uzun sürən xəstəlikdən Sumqayıt şəhərində 62 yaşında vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər