2 Avqust 2020 10:26
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.

Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.

Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub.

Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib, araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər