3 Avqust 2020 17:55
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatın fəaliyyəti Operativ Qərargahın alt işçi qrupları ilə müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələ xarici ekspertlərlə də müzakirə olunub. Hikmət Hacıyev qeyd edib ki, ekspertlərin ventilyasiya sisteminin yeraltı şəraitində virusun yayılmasını artırdığına dair tövsiyələri nəzərə alınaraq metronun fəaliyyəti sərt karantin rejimində bərpa olunmur.

O qeyd edib ki, iqtisadi paketlə bağlı təkliflər verilib və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq:

"Hazırda 190 manat birdəfəlik müavinətin verilməsi ilə bağlı da müzakirələr davam etdirilir".


Müəllif: Aysel Azad