7 Avqust 2020 12:02
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir çox rayonlarda əməliyyat həyata keçirsə də, bəzi rayonlar bunlardan nəticə çıxarmayıb. Qanunsuz əməllər rayonlarda davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında çıxış edərkən deyib.

F.Mustafa bildirib ki, qanunsuz əməllərini davam etdirən rayonlardan biri də Göyçaydır:

“Ötən gün həmkarım Siyavuş Novruzov bildirdi ki, icra başçılarının səlahiyyətləri azdır, süpürgəçilərdən başqa heç kimə səlahiyyəti çatmır. Amma onu da unutmayaq ki, rayon icra hakimiyyətləri bir çox hallarda bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər. Bəlkə elə ona görə, əgər onlara daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar. Onların səlahiyyətlərinin az olması, bəlkə də işin xeyrinədir”.


Müəllif: Cavad

Oxşar xəbərlər