Növbəti həftədə, avqustun 17-dən etibarən açıq havalarda kafe və restoranların fəaliyyətinin bərpası müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Şahmar Mövsümov qeyd edib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması məsələsi müzakirə edilir:
"Eyni zamanda rayonlara gediş-gəlişin bərpası da atılan addımlar siyahısındadır. Əgər yoluxmalar aşağı səviyyədə davam edəcəksə, bu yumşalmalara gedəcəyik", - deyə Prezidentin köməkçisi qeyd edib.