19 Avqust 2020 12:32
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyat hissələrinin və telefon aksesuarlarının ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, "Qara metallardan metal konstruksiyalar və onların hissələri" və "Qara metallardan qolf meydançaları üçün hissələr" kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib.

Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyat hissələri və 2 400 ədəd telefon aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər