12 Oktyabr 2014 19:10
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyata alınan müəssisə və təşkilatların sayı artaraq 5491-ə çatıb.

Teleqraf.com-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonunda, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin doqquz ayında 55664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı şəhərində, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki iqtisadi rayonlarında qeydiyyata alınıblar.


Müəllif:

Oxşar xəbərlər