27 Avqust 2020 17:57
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda 176 min tələbədən 113 mini ödənişli təhsil alır.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib:

"Ödənişli təhsil alan tələbələrdən 15209 nəfərin təhsil haqqı dövlət tərəfindən ödənilir.

Tələbələrlə bağlı qərar verilərkən ehtiyac meyarı əsas götürülür. Güzəştlərin təşkili məhz bu meyar üzərindən olmalıdır. Bütün tələbələrə güzəşt edilməsi ali təhsil müəssisələrinin maliyyə dayanıqlığının təsir göstərəcək. 15209 nəfərə 13 milyon manata qədər vəsait ayrılıb.

Bundan əlavə 17 mindən artıq tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir ki, bu da 30 milyona yaxın vəsait tələb edir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər