28 Avqust 2020 15:58
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz Actros" və 3 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com