29 Avqust 2020 22:21
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumatda deyilir:

"Bildiririk ki, həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib. Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər