31 Avqust 2020 18:13
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Britaniya səfirliyinin Müvəqqəti İşlər vəkili Filip Barkley, Bakı Taksi Xidməti MMC-nin baş direktoru Fuad Əliyev ilə yeni London taksilərinin istifadəsi üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.

Britaniya səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Barkley dedi: “Britaniya səfirliyində mümkün qədər ətraf mühitə ziyan vurmamağa çalışırıq. Hamımız karbon və digər çirkləndirici qazların tullantılarını azaltmalıyıq. Benzin mühərriklərindən çıxan karbon emissiyaları qlobal istiləşməyə səbəb olur ki, bu da dünyamızı daha da istiləndirəcək və quraqlıqla nəticələndirəcək və həyat tərzimizə təhdiddir.

Bakıda elektrik enerjisi ilə çalışan yeni taksilər Azərbaycanın ətraf mühitini qoruyur. İndi görüşlərə gedərkən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə edəcəyimizə məmnunam.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər