Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 1-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 597 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 928 666 test aparılıb. Aktiv xəstə sayı 2 065 nəfərdir, onlardan 137 nəfər reanimasiyadadır, 12 nəfər isə süni tənəffüs aparatına qoşulub.