“O, mənim böyük qardaşımdır. Onunla axşam danışmışam. Mənə dedi ki, səhər rayona gedəcəm. Səhər də ailəsini, uşağını toplayaraq rayona gedib”.
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Mikayıl Güləddinoğlu oğlunun ehtiyatsızlığı ucbatından ov tüfəngi ilə vurulan gitara ifaçısı Nofəl Süleymanovdan danışarkən deyib.
O, hazırda gitara ifaçısının meyitinin ekpertizada olduğunu açıqlayıb: “Onun evində ov tüfəngi var. Dörd övlad atasıdır. Böyük oğlu Şövqiyə deyib ki, silahı gətir, təmizləyim. Uşaq da silahı gətirəndə əlində tüfəng açılıb və Nofəl eyvanda yerindəcə keçinib. Güllə kürəyindən dəyib.
Mərhumun meyidi hazırda Nizami rayonunda ekpertizaya gətirilib. Ekspertiza hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyini təsdiqlədi.
Cənazə axşam ata yurdu Ağcabədi rayonuna aparılacaq. Çatdıra bilsək bu gün axşam dəfn ediləcək”.