10 Sentyabr 2020 10:13
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində məlumat dərc edilib.

Məlumata görə, buna səbəb şirkətin "Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.

Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.

"Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər