16 Sentyabr 2020 11:28
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.

Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.

İşçi qrupun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.

İşçi qrupunun yaradılmasında məqsəd Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsidir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər